TÜRKİYƏDƏ “QARABAĞ HƏFTƏSİ” KEÇİRİLƏCƏK

0

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Qarabağ həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Millət vəkili Türkiyədə Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsinə həsr olunan tədbirlərdə iştirak edəcək.

Səfər çərçivəsində deputat Sabir Rüstəmxanlıya türk dünyası qarşısındakı xidmətlərinə görə mükafatın təqdim olunması nəzərdə tutulub.

Səfər iyulun 5-də başa çatacaq.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
KƏLBƏCƏRDƏ YERLƏŞƏN BÖLMƏLƏRDƏ BAYRAM TƏDBİRİ KEÇİRİLİB

Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətilə azad edilmiş ərazilərdə yerləşən bölmələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə silsilə...

Bağla