Türkiyədə qızıl mədəni ərazisində torpaq sürüşməsi olub

0

Türkiyənin Ərzincan şəhərinin İliç rayonunda torpaq sürüşməsi baş verib.

“CNN Türk” xəbər verir ki, hadisə qızıl mədəni ərazisində qeydə alınıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Yerli mətbuat toepaq altında 9 işçinin qaldığını bildirir. Ölən və ya xəsarət alanların olub-olmaması hələ ki məlum deyil.

Türkiyə daxili işlər naziri Əli Yerlikaya sürüşən kütlənin təqribən 10 milyon kubmetr olduğunu, hadisə yerində 827 personalın axtarış-xilasetmə ilə məşğul olduğunu deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH BAKIDA 16, RAYONLARDA 22 DƏRƏCƏ İSTİ OLACAQ

Fevralın 14-də Azərbaycanda hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və...

Bağla