TÜRKİYƏDƏ QÜDS TƏDQİQAT MƏRKƏZİ YARADILACAQ

0

Türkiyənin Ali Təhsil Şurası (YÖK) Qüds problemini beynəlxalq ictimaiyyətin diqqətində saxlamaq üçün “Qüds Tədqiqat Mərkəzi” qurmağa qərar verib. Bir müddət əvvəl bəzi universitetlərin Qüds-İsrail gərginliyi barədə bəyanatla çıxış etdiklərini xatırladan YÖK sədri professor Yekta Sarac, bu istiqamətdə fərqli, daimi və effektiv fəaliyyət başladılmasının zəruri olduğunu demişdi. Sarac həmin mərkəzin Fələstin mübarizəsinə akademik və elmi səviyyədə dəstək verəcəyini və bu mübarizənin dünyaya çatdırılmasına yardımçı olacağını açıqlamışdı.    

Şura sədrinin bu bəyanatından sonra Mərmərə universitetinin verdiyi təkliflə “Qüds Tədqiqat Mərkəzi”nin qurulması üçün lazımlı addımlar atılıb.

Ötən gün YÖK-də keçirilən iclasda mərkəzə aid daxili nizamnamənin layihəsi də hazırlanıb. Nizamnaməyə görə mərkəz Qüds problemini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq üçün, həmçinin Qüdsün tarixi, ictimai strukturu, siyasi vəziyyəti kimi sahələrdə akademik fəaliyyətlər göstərəcək.    

Bundan başqa tələbələr Qüds şəhəri barədə maqistr və doktorantura araşdırmalarına təşviq ediləcək, bu istiqamətdə nəşrlər təmin edilərək bakalavr, maqistr və digər əlaqədar şəxslər üçün kitabxana və məlumat bazası yaradılacaq.

Xəbər: Şirəli MƏMMƏDOV

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YENİ HƏYATA HARDAN BAŞLAMALI?

Hər kəs zaman-zaman çevrilib arxaya, keçdiyi həyat yollarına baxır. Keçən zaman içində nə qədər müvəffəq olduğunu, harda səhv etdiyini görmək...

Bağla