Türkiyə Trabzon universitetinin tərkibində “Qurani-Kərim Tədqiqatları və Qiraət Elmi İnstutu” yaradılıb.
Yerli mətbuatın xəbərinə görə, Türkiyə prezidentinin “Rəsmi” qəzetdə nəşr olunan qərar əsasında ölkədəki 9 ali məktəbdə 10 yeni fakultə və instut yaradılıb.
Bu çərçivədə Trabzon universitetinin tərkibində “Qurani-Kərim Tədqiqatları və Qiraət Elmi İnstutu” yaradılıb və Bingöl universiteti İlahiyyat fakultəsinin adı dəyişdirilərək “İslami Elmlər Fakultəsi” olub.