TÜRKİYƏDƏ RAKET FABRİKİNDƏ YANĞIN OLUB, 5 NƏFƏR ÖLÜB

0

Türkiyənin paytaxtı Ankara şəhərinin Almadağ bölgəsində yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

Məlumatı yerli “Hurriyet” qəzeti yayıb.

Bildirilib ki, müəssisə Maşınqayırma və Kimya sənayesinə məxsusdur.

Məlumata görə, yanğından və tüstüləmədən əvvəl fabrikdə partlayış səsləri eşidilib.

Hadisə yerinə xilasedicilər, yanğın söndürənlər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunub.

Yanğının səbəbləri və şəraiti araşdırılır.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Ermənistan silahlı qüvvələri Ordumuzun Daşkəsəndə olan mövqelərini atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 9-u saat 23:20-dən iyunun 10-u saat 00:35-dək Basarkeçər rayonunun Qaraiman və Günəşli yaşayış məntəqələri istiqamətlərində...

Bağla