Türkiyədə seçkilər: səslərin 99,4 faizi hesablanıb, Ərdoğan 49,40 faiz səs qazanıb

0

Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Komissiya sədri Ahmet Yener deyib ki, ölkə daxilindəki seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.

O bildirib ki, Türkiyə xaricindən daxil olan səslərin də 84.06 faizi hesablanıb.

Məlumata görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.

İkinci yerdə 44, 96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.

“Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İLHAM ƏLİYEV RƏCƏB TAYYİB ƏRDOĞANI TƏBRİK EDİB

Azərbaycan Prezidenti İlham Əliyev mayın 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat...

Bağla