Müqəddəs ramazan ayının təməl ibadətlərindən olan təravih namazı Türkiyədə məscidlərdə kütləvi olaraq qılınacaq.
Bu barədə Türkiyənin rəsmi dini komitəsi Diyanetin sədri Əli Erbaş, “2022-ci il ramazan fəaliyyətləri” adlı tədbirdəki çıxşında bildirib.
Əli Erbaş ilk təravih namazının 1 aprel cümə günü işa namazından sonra qılınacağını, ilk ramazan orucunun da 2 aprel şənbə günü tutulacağını deyib.
Xatırladaq ki, qlobal covid-19 pandemiyası səbəbindən iki ildir Türkiyədə məscidlərdə kütləvi təravih namazı qılınmırdı.
Qeyd edək ki, Türkiyə ilə yanaşı bir çox müsəlman ölkəsində bu il təravih namazı məscidlərdə kütləvi olaraq qılınacaq.