Türkiyənin paytaxtı Ankaranın Kahramankazan rayonunda hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binasında terror hadisəsi baş verib.
Terakt nəticəsində 5 nəfər dünyasını dəyişib, 22 nəfəe isə müxtəlif dərəcəli xəsarət alıb.
Hadisənin PKK terror təşkilatı tərəfindən törədildiyi güman edilir. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya açıqlama verib.
“Təəssüflər olsun ki, şəhid sayımız 5-dir. Ümumi yaralı sayımız 22-dir. Bu, böyük ehtimalla PKK-nın işidir, lakin şəxsiyyəti müəyyən etdikdən sonra açıqlama verəcəyik. Bildirmək istərdim ki, terrorun nəfəsini kəsməkdə qərarlıyıq..” – deyə nazir bildirib.