Türkiyənin Bursa vilayətində insanların ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib.
Hadisə yerli vaxtla 07.30-da vilayətin Osmanqazi rayonunda baş verib. Məlumata görə, həbsxana mühafizə işçilərini aparan avtobusda yola döşənən “EYP” tipli uzaqdan idarə olunan bombanın işə salınması nəticəsində partlayış baş verib.
Partlayış nəticəsində 1 işçi dünyasını dəyişib, 1 nəfəri ağır olmaqla 4 nəfər də müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Partlayışın baş verdiyi yerə çox sayda polis əməkdaşı təcili yardım cəlb olunub.
Türkiyənin ədliyyə naziri Bekir Bozdağ, və daxili işlər naziro Süleyman Soylunun təcili hadisə yerinə getdiyi bildirilir.
Terror hadisəsi barədə tədqiqatlar davam edir.