TÜRKİYƏDƏ XİZƏK MƏRKƏZİNDƏKİ YANĞINDA 76 NƏFƏR ÖLÜB

0

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı artıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində 76 nəfər ölüb:

“Ölənlərdən 52-sinin şəxsiyyəti müəyyən edilib, 45-nin meyiti yaxınlarına təhvil verilib. İstintaq zamanı indiyədək 9 nəfər saxlanılıb”.

Qeyd edək ki, yanğınla bağlı Türkiyədə birgünlük matəm elan edilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MEHRİBAN ƏLİYEVA TÜRKİYƏYƏ BAŞSAĞLIĞI VERİB

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bolu vilayətində baş verən dəhşətli yanğınla bağlı Türkiyəyə başsağlığı verib. Bununla bağlı o, sosial şəbəkə...

Bağla