TÜRKİYƏDƏ ZƏLZƏLƏ – ÖLƏN VƏ YARALANANLAR VAR

0

Türkiyənin Bingöl vilayətində ötən axşam 5.7 bal gücündə zəlzələ baş verib. “Təbii Fəlakət və Təcili Yardım” idarəsindən verilən məlumata görə, yerli vaxtla saat  17.24-də meydana gələn yeraltı təkanların episentri Karlıova rayonu olub.

Zəlzələ nəticəsində Karlıova rayonunun yaxınlığında olan Yedisu rayonunun Elmalı və Dinarbey kəndlərində 10 evdə dağıntı meydana gəlib və kəndlərdəki təhlükəsizlik-nəzarət qüllələri uçub.

Təbii fəlakətdə 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib.

İHA

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ŞƏFAƏT NƏ DEMƏKDİR?

Lüğətdə, kiminsə sıxıntılarını aradan qaldırmaq və ya tutduğu vəzifədən daha yuxarı mövqelərə keçməsi üçün vasitəçilik etməyə şəfaət deyilir. Dini ədəbiyyatda;...

Bağla