Türkiyə İstanbul Hava Limanında (İHL) Həcc ziyarətinə gedən zəvvarların işini asanlaşdıracaq bir layihə həyata keçirilib.
“Məkkə yolu” adlı bu layihəyə görə Həccə gedən zəvvarların İHL-də onlar üçün ayrılmiş xüsusi hissədə pasport, viza və s. bu kimi əməliyyatları yerinə yetiriləcək.
Burada zəvvarlar həmçinin “üz tanıma” sistemindən də keçəcəklər və bu sayədə Səudiyyə Ərəbistanı hava limanlarında hər hansı bir əməliyyata tabe tutulmadan təyyarədən enib qaldıqları otellərə gedə biləcəklər.
Yeni mövsümdə ilk zəvvar qrupunun hərəkəti ilə İHL-də layihənin açılışı həyata keçirilib. Açılışda Diyantin sədri Əli Erbaş, S. Ərəbistanı səfirliyinin nümayəndələri və jurnalistlər iştirak edib.
Bu layihənin məqsədinin zəvvarlara xidmət olduğunu deyən səfirlik nümayəndəsi Muhamməd əl-Harbi “Məkkə yolu” layihəsinin artıq Pakistan, Malaziya, İndoneziya, Mərakeş və Banqladeşdə tətbiq edildiyini qeyd edib.