Şuşanın işğaldan azad edilması Türkiyənin Ermənistanla həmsərhəd olan Qars vilayətində də sevinclə qarşılanıb.
“Report” “Sabah”a istinadən xəbər verir ki, bu hadisə Türkiyə Ekstremal İdman Növləri və Mədəniyyət Klubu Dərnəyinin (ARAZ-DER) Azərbaycan Respublikasının Dövlət Bayraq Günü ilə bağlı İğdırda təşkil etdiyi tədbirdə qeyd olunub.
Yerevandan açıq-aydın görünən Kent meşəsindəki qalaya Azərbaycan və Türkiyənin bayraqları asılıb.