Türkiyəli nazir: Azərbaycanla sosial müdafiə sahəsində əməkdaşlığa önəm veririk

0

Azərbaycanla Türkiyənin sosial müdafiə sahəsində birgə əməkdaşlığına önəm veririk.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Çalışma və Sosial Güvənlik naziri, professor Vedat Işıkhan deyib.

Nazir bildirib ki, iki qardaş ölkənin sosial müdafiə məsələlərində azərbaycanlı həmkarı, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə mütəmadi məsləhətləşmələr aparır: “Həmkarım Sahil Babayevlə əməkdaşlıq məsələlərini davamlı şəkildə müzakirə edirik”.

Türk dünyasının günü-gündən gücləndiyini bildirən nazir bütün sahələrdə olduğu kimi, sosial müdafiə məsələsində də Türkiyə ilə Azərbaycanın iş birliyinin digər türk dövlətləri üçün nümunə ola biləcəyinə diqqət çəkib: “Bu baxımdan, milli sosial müdafiə məsələlərində əməkdaşlığımız çox vacibdir”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanda yaşayan müxtəlif dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır”

Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayır. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər...

Bağla