Türkiyəli nazir: ”Bu il Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etmişik”

0

“2023-cü ildə Azərbaycana 9 milyon doza dabaq peyvəndi ixrac etdik”.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı deyib.

Nazir qeyd edib ki, cari ildə 1 milyondan çox qida yoxlanışı həyata keçirilib: “2023-cü ildə 1 milyon 215 min qida yoxlanışını həyata keçirdik. Ümumilikdə 58 milyon doza dabaq peyvəndi istehsal etdik. 2023-cü ildə 40 milyon doza peyvənd vurulub”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 2-də Azərbaycanla heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqaviləni təsdiqləyib. Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar.

Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur. Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli 1 valentli dabaq peyvəndini ödənişsiz verəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə MN Azərbaycanla hərbi təlimlərdən olan görüntünü günün fotosu kimi paylaşıb

Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) Azərbaycanla hərbi təlimlərdən olan görüntünü günün fotosu kimi paylaşıb. Bu barədə nazirliyin “X” hesabında paylaşım...

Bağla