Türkiyənin terrorla mübarizəsi davam edəcək.
Bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Antalyada çıxışı zamanı deyib.
O bildirib ki, terror vasitəsilə Türkiyəni zəiflətmək istəyənlər məqsədlərinə çatmayacaqlar: “Cənubumuzda terror dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bunun üçün ciddi mübarizə aparır, şəhidlər veririk”.
Qeyd edək ki, İraqın şimalında terrorçuların hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 6 hərbçisi şəhid olub.