Türkiyəli nazir TEXNOFEST-in yenidən Azərbaycanda keçirilməsi məsələsindən danışıb

0

“TEXNOFEST-in Azərbaycanda təşkili ilə bağlı ən böyük üstünlüyümüz dil birliyidir”.

Bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan xalqları eyni dildə danışırlar: “Ləhcələrimiz bir az fərqli olsa da, eyni dildə danışırıq. Bir-birimizi rahat başa düşürük. Bu, işimizi çox asanlaşdırır”.

M.F.Kacırın sözlərinə görə, başqa ölkələr də TEXNOFEST-in təşkilində maraqlıdırlar.

Qeyd edək ki, TEXNOFEST 2022-ci ildə Bakıda təşkil olunub. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Bakıda yenidən festival keçirməyə hazır olduqlarını bildirib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NYU-YORKDA AZANA QOYULAN QADAĞA ARADAN QALDIRILIB

ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən məscidlərdə səsgücləndiricilərdən azanın səslənməsinə qoyulan qadağa aradan qaldırılıb. “Report”un ABŞ bürosu xəbər verir ki, Nyu-York...

Bağla