Türkiyəli nazir: “Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan üzərindən quru yol bağlantısı olacaq”

0

Zəngəzur dəhlizinin açılması ilə Türkiyə ilə Azərbaycan arasında Naxçıvan üzərindən quru yol bağlantısı olacaq.

Bunu Türkiyənin ticarət naziri Ömər Bolat Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

Nazir qeyd edib ki, Naxçıvan Türkiyə üçün çox önəmlidir: “Naxçıvanın iqtisadiyyatının genişləndirilməsi arzu edilir”.

O deyib ki, Azərbaycan Orta Dəhlizin önəmli ölkələrindədir: “İstanbuldan Bakıya yük daşımanı rahat və rəqabətqabiliyyətli olmasını arzu edirik. Bunun üçün Türkiyə olaraq hər cür dəstəyi verməyə hazırıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“TÜRKİYƏ ŞİRKƏTLƏRİ İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ FƏALDIR”

Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında və yenidən qurulmasında fəal iştirak edir. Bunu Bakıda keçirilən, Ümummilli Lider Heydər...

Bağla