“Türkiyənin ən böyük arzusu Bakı və İrəvan arasında sülh sazişininin əldə olunmasıdır”

0

Türkiyənin ən böyük arzusu, Cənubi Qafqaz bölgəsində daimi sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişininin əldə olunmasıdır.

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər parlamentdə çıxışı zamanı bildirib.

“Bir millət, iki dövlət” anlayışı ilə ölkəmizin təhlükəsizliyindən, əmin-amanlığından ayrı görmədiyimiz əziz Azərbaycanın sabitliyi naminə hər zaman qardaşlarımızın yanında olduq və bundan sonra da belə olacaq”, – nazir söyləyib.

O, Türkiyə ordusunu “dost və qardaş ölkələrin gözlədiyi və etimad göstərdiyi güc faktoru” adlandırıb.

Suriyadakı son hadisələrə də toxunan nazir terrorçuların qonşu ölkədəki qeyri-sabit vəziyyətdən faydalanmasına imkan verilməyəcəyini vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Hikmət Hacıyev Fəxrəddin Altun və Akif Çağatayla Cənubi Qafqazı müzakirə edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin...

Bağla