TÜRKİYƏNİN AEROKOSMİK ŞİRKƏTİ AZƏRBAYCANDA NÜMAYƏNDƏLİK YARADIB

0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Türk Aerokosmik Sənayesi Anonim Şirkəti”nə məxsus “Turkish Aerospace Azerbaijan” MMC-ni dövlət qeydiyyatına alıb.

Nazirlik xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 25, nizamnamə kapitalı 1,5 milyon ABŞ dolları, qanuni təmsilçisi isə Türkiyə vətəndaşı Uğur Gülandır.

“Türk Aerokosmik Sənayesi Anonim Şirkəti” 1973-cü ildə yaradılıb. Şirkət Türkiyədə hava platformalarının dizaynı, inkişafı, istehsalı, tamamlanması, yenilənməsi və satışdan sonrakı xidmətləri sahələrində texnologiya mərkəzidir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QURBАN BАYRАMI NAMAZI İYUNUN 16-DA QILINACAQ

Azərbаycаn məscidlərində Qurbаn bаyrаmı namazı miladi təqvimlə iyunun 16-da qılınacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Qurban bayramının başlaması...

Bağla