TÜRKİYƏNİN AZƏRBAYCANA YENİ SƏFİRİ TƏYİN EDİLİB

0

Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Cahit Bağçı Azərbaycana yeni səfir təyin olunub. Bu barədə sənəd “Resmi Gazete”də dərc olunub.

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın səlahiyyət müddəti başa çatıb.

Ərdoğanın sərəncamına əsasən, səlahiyyət müddətləri başa çatdığı üçün ümumilikdə 10 səfir geri çağırılıb, 13 ölkəyə isə yeni səfir təyin edilib.

Cahit Bağçı 1964-cü il iyunun 25-də Türkiyənin Çorum əyalətinin Osmancık rayonunda anadan olub. Orta Doğu Texniki Universitetinin Sosiologiya fakültəsini bitirib. Doktorluq işini Böyük Britaniyanın Mançestr Universitetində müdafiə edib. 1988-ci ildə Dövlət Planlaşdırma Təşkilatının Sosial Planlaşdırma İdarəsində işləməyə başlayıb. Türkiyə Böyük Millət Məclisinə XXIII, XXIV və XXV çağırışlarda Çorumdan millət vəkili seçilib. Türkiyə-Avropa İttifaqı parlament komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏSCİDİ-HARAMDA TERRORA DƏSTƏK VERƏN BIÇAQLI ŞƏXS SAXLANILDI – VİDEO

Səudiyyə Ərəbistanı Məkkə şəhərindəki Məscidi-Haramda əlində bıçaq olan və terror qruplaşmalarının lehində şüarlar səsləndirən şəxs saxlanılıb. Bu barədə yerli SPA...

Bağla