TÜRKİYƏNİN AZƏRBAYCANA YENİ SƏFİRİ TƏYİN EDİLİB

0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının qərarı “Rəsmi qəzet”də dərc olunub.

Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.

Prezidentin qərarına görə əsasən xarici işlər nazirinin müavini və Türkiyənin bir sıra ölkələrdəki səfirliklərinə də təyinatlar olub. Belə ki, Zeki Levent Gümrükçü xarici işlər nazirinin müavini təyin edilib. Eyni zamanda Ferhat Alkan Türkiyənin Mozambik Respublikasında səfiri, Prezidentin baş müşaviri Yakup Caymazoğlu isə İordaniya Haşimilər Krallığında səfir təyin olunublar. Eyni zamanda dövlət başçısı Kuba və BƏƏ-yə də yeni səfirlər təyin edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“ANADOLU”NUN  OPERATORU QƏZZADA GÜLLƏ YARASINDAN ÖLÜB

Türkiyənin "Anadolu" xəbər agentliyinin ştatdankənar operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb. "Report"un agentliyə istinadən verdiyi məlumata...

Bağla