“Ermənistanın hərbi təcavüzü nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşənə Allahdan rəhmət, qardaş Azərbaycan xalqına və şəhidin ailəsinə başsağlığı verirəm.”
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu twitter sosial şəbəkəsindəki şəxsi səhifəsində yazıb.
“Ermənistanı hücuma son verərək ağlını başına yığmağa çağırıram. Can Azərbaycanın haqlı mübarizəsində hər zaman yanındayıq” deyə Türkiyə XİN başçısı vurğulayıb.
Qeyd edək ki, Türkiyənin Milli Müdafiə Nazirliyi də kiçik çavuş Məmmədov Elşən Əli oğlunun şəhid olması ilə bağlı başsağlığı verib.
“Dağlıq Qarabağı qanunsuz olaraq işğal edən Ermənistan indi də Tovuz istiqamətində atəşkəsi pozaraq qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza baş sağlığı diləyirik. Ermənistan atəşlə oynamağı dərhal dayandırmalıdır”.
Ermenistan’ın saldırılarında bugün şehit düşen onbaşı Elşen Memmedov’a Allah’tan rahmet, ailesi ve kardeş Azerbaycan halkına başsağlığı diliyorum. Ermenistan’ı saldırganlığa son vererek aklını başına toplamaya çağırıyorum. Can #Azerbaycan’ın haklı davasında daima yanındayız. 🇹🇷🇦🇿
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) September 21, 2020