Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu istiqamətində 4 hərbçimizin şəhid olması və 3 əsgərimizin yaralanması ilə nəticələnən atışmadan sonra qardaş Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Azərbaycana dəstək nümayiş etdirib. Çavuşoğlu sosial şəbəkədəki rəsmi səhifəsində “Can Azərbaycana canımız fəda” şərhi ilə Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirildiyi video-çarx paylaşıb.
Can Azerbaycan’a canımız feda. 🇹🇷🇦🇿 #SeninleyizAzerbaycan pic.twitter.com/mIfx6TzRxn
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) July 13, 2020
Bundan başqa Türkiyə diplomatiyasının rəhbəri, dövlət televiziyasında çıxışı vaxtı Ermənistanı həddini bilməyə dəvət edib və Azərbaycanın yalnız olmadığını vurğulayıb.