TÜRKİYƏNİN DƏSTƏYİ İLƏ KİEVİN MƏRKƏZİNDƏ MƏSCİD TİKİLƏCƏK

0

Ukaynanın paytaxtı Kiev şəhərində Türkiyənin dəstəyi ilə böyük məscid tikiləcək. Bu barədə Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldere yerli mətbuata açıqlamasında məlumat verib.

Səfir Ukraynanın, başda Krım tatarları olmaqla çox sayda müsəlmanın məmləkəti olduğunu və xüsusilə 2014-cü ildən çox sayda tatarın Krımdan Kievə köçməyə məcbur olduğunu deyib. Kievdə əhəmiyyətli ölçüdə Krım tatarı olduğunu bildirən Güldere, tatarların istəyi ilə məscid tikilməsi üçün Türkiyəyə müraciət etdiklərini qeyd edib.

Məscidin böyük ehtimalla şəhərin mərkəzində olacağını deyən səfir, qarşıdakı aylarda bu barədə ətraflı məlumat verəcəklərini bildirib.

Kievin çox gözəl bir şəhər olacağını deyən Yağmur Əhməd Güldere, tikiləcək yeni məscidin bu gözəlliyə özəllik qatacağını vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
YUNAN RAHİB: TÜRKLƏR OLMASAYDI AYASOFİYA DAĞILARDI – (VİDEO)

Türkiyənin İstanbul şəhərindəki böyük Ayasofiya məscidinin ibadətə açılması və burada 86 illik fasilədən sonra ilk cümə namazının qılınması bütün dünyada...

Bağla