TÜRKİYƏNİN DAXİLİ İŞLƏR NAZİRİ SABAH BAKIYA GƏLİR

0

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sabah Bakıya səfərə gəlir.

Türkiyəli nazir 6-8 sentyabrda Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclasında iştirak edəcək.

Həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz da həmin tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Xatırladaq ki, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır. Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN ORDUSUNUN MÖVQELƏRİ ATƏŞƏ TUTULUB

Sentyabrın 5-i saat 01:35-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış...

Bağla