Türkiyə Silahlı Qüvvələrinin (TSK) iki hərbçisi, separatçı terror qruplaşmasının hücumu nəticəsində şəhid olublar.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat mərkəzi məlumat yayıb. Məlumatda, həmin hücum nəticəsində bir əsgərin də yaralandığı, yaralının dərhal xəstəxanaya çatdırıldığı bildirilir:
“Sentyabrın 17-də “Pəncə-Qaplan” əməliyyatının keçirildiyi bölgədəki hərbi hissəmizi separatçı terror qruplaşmasının üzvləri qumbaraatanla atəşə tutub. Nəticədə iki qəhrəman əsgərimiz şəhid olub, bir silahdaşımız isə yaralanmışdır.
Bizi kədərə qərq edən bu hadisədə dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və Türk xalqına səbr, yaralı hərbçimizə isə şəfa arzulayırıq.” – deyə məlumatda bildirilir.
Allah rəhmət eləsin.