Türkiyənin ilk dəfə kosmosa göndərəcəyi şəxs və səfərin vaxtı açıqlanıb

0

Türkiyənin ilk dəfə kosmosa göndərəcəyi kosmonavtın kimliyi və səfərin tarixi açıqlanıb.

Bu barədə Türkiyənin sənayə və texnologiya naziri Mehmet Fatih Kacır bildirib.

Nazir qeyd edib ki, səfər edəcək şəxs Alper Gezerdir, o, 2024-cü il yanvarın 9-da kosmosa gedəcək. Türk kosmonavt Beynəlxalq Kosmik Stansiyada fəaliyyət göstərəcək, orada İspaniya, İtaliya və İsveçdən olan kosmonavtlarla birgə çalışacaq.

Kosmosa səfər 14 gün davam edəcək, 13 fərqli təcrübə yerinə yetiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCAN PREZİDENTİ TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL EDİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 14-də Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib. Görüşdə ölkələrimiz arasında dostluq...

Bağla