Türkiyənin ilk pilotsuz su gəmisinin sınaqlarına başlanılıb

0

Türkiyənin silahla təchiz edilmiş ilk pilotsuz gəminin (SİDA) sınaqlarına başlanılıb.

“Star” qəzeti xəbər verir ki, bu gün hərbi texnika ilk dəfə olaraq dənizə buraxılıb və sınaq uğurlu olub.

Bildirilib ki, ARES şirkətinin istehsalı olan ULAQ pilotsuz gəmiyə 12,7 millimetr kalibrli pulemyotlar yerləşdirilib. Eyni zamanda hərbi texnikada yerli istehsal olan motorlardan istifadə olunub. ULAQ dənizdə yüksək sürətlə hərəkət etmək qabiliyyətinə malikdir.

Pilotsuz gəminin ilin sonuna istifadəyə verilməsi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
BU İL HƏCCƏ GEDƏCƏK ŞƏHİD AİLƏLƏRİNƏ GÜZƏŞT EDİLƏCƏK

Bu il Həcc ziyarətinə gedəcək şəhid ailələrinə dövlət tərəfindən güzəştlər ediləcək. Bunu Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr...

Bağla