Türkiyənin məşhur hafizi və mövlüdxanı, “Kocatepe” camisinin sabiq imamı İsmayıl Coşar paytaxt Ankarada keçirdiyi yol nəqliyyat qəzası nəticəsində dünyasını dəyişib. Qəza vaxtı avtomobildə olan hafizin həyat yoldaşı Sevim Coşar da vəfat edib.
Qeyd edək ki, İsmayıl Coşar 2016-cı il 15 iyul tarixində hərbi dövlət çevrilişinə cəhd vaxtı ilk dəfə səla oxuyaraq insanların bayıra çıxmasını təmin edən şəxs kimi də adını tarixə yazdırıb.
Allah rəhmət eləsin!