Türkiyənin İraqın Mosul şəhərində yerləşən Baş Konsulluğuna hücum olub. “Milliyət” xəbər verir ki, diplomatik nümayəndəliyə 2 raket atılıb.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Amma ətrafdakı tikililələrə və avtomobillərə ziyan dəyib.
Şahidlərin sözlərinə görə, ərazidə yaşayan bəzi ailələr evlərini tərk ediblər.
Türkiyənin Xarici İşlər Nazirliyi hücumu pisləyib. Rəsmi Bağdada nota verən Türkiyə XİN bu işə görə məsuliyyət daşıyanların saxlanılaraq mühakimə olunmasını tələb edib.
“BMT Təhlükəsizlik Şurasının iclası keçirildiyi zaman belə bir hücumun təşkil olunması diqqət çəkir”.
Türkiyə XİN həmçinin İraqdakı səlahiyyətli şəxslərə terrorla mübarizədə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib.