Pandemiya barədə məhdudiyyətlərin ləğv olunmasından sonra Azərbaycanda ilk cümə namazı qılınıb.
Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı bu barədə sosial şəbəkədəki şəxsi səhifəsində paylaşım edib.
Səfir, “Yeni pandemiya qərarlarından sonra Bakıda ilk cümə namazını qıldıq. Çox şükür qovuşdurana. Əlhamdulillah” qeydi ilə şəhidlər xiyabanındakı məscidin fotolarını paylaşıb.