“Türkiyənin zəlzələ bölgəsində epidemiyaya səbəb olacaq vəziyyət yoxdur”.
Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca tviter hesabında yazıb.
Nazirin sözlərinə görə, suçiçəyi xəstəliyinə 1 yoluxma aşkar edilib.
O, qeyd edib ki, kəskin bağırsaq infeksiyalarına yoluxma hallarında artım var. Bununla yanaşı, xəstəxanaya yerləşdirilən xəstələr azdır.