TÜRKİYƏNİN TƏHSİL NAZİRİ FƏXRİ VƏ ŞƏHİDLƏR XİYABANLARINI ZİYARƏT EDİB

0

Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib.

Qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib.

Nazir Ulu Öndərin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Daha sonra nümayəndə heyəti Şəhidlər xiyabanını və Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, məzarları önünə gül dəstələri düzülüb və şəhidlərin ruhuna dualar oxunub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏNİN ANADAN OLMASINDAN 140 İL ÖTÜR

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən...

Bağla