Türkiyənin UNESCO-dakı nümayəndəsi: Türk dilinin BMT-də rəsmi dil kimi qəbul olunmasına çalışmalıyıq

0

BMT-də sadəcə 6 dildə danışmağa icazə var. Türk dünyası olaraq böyük bir coğrafiyanı əhatə edən türk dilinin BMT-nin 7-ci rəsmi dili kimi qəbul olunmasına çalışmalıyıq.

Bunu UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri professor Öcal Oğuz Bakıda “Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması – UNESCO nöqteyi-nəzərindən” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun fikrincə, türk dilinin ortaq bir ləhcənin yaradılmasına nail olunmalıdır: “Düşünürəm ki, türkdilli xalqlar olaraq heç bir təcüməçiyə ehtiyac olmadan ünsiyyət qurmağı bacarmalıyıq. Türk xalqı böyük bir çinar ağacıdır və bu ağacın daha da böyüməsi üçün sözügedən addımlar atılmalıdır. Çünki birlikdən qüvvət doğar və həmin gücə sahib olmaq üçün əlimizdən gələni etməliyik”.

Qeyd edək ki, tədbir UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Türk dünyasının mədəni irsinin qorunması üçün yol xəritəsi hazırlanmalıdır”

Türk dünyasının mədəni irsinin qorunması üçün "yol xəritəsi" hazırlanmalıdır. Bunu Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor...

Bağla