Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezidenti İlham Əliyevi Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə təbrik edib.
Bununla bağlı Cevdet Yılmaz “X” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Milli Məclisə seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyasını və Azərbaycan Prezidenti İlham Əliyevi ürəkdən təbrik edirəm. Parlament seçkilərinin 30 ildə ilk dəfə olaraq Azərbaycanın suveren torpaqlarında, o cümlədən Qarabağda keçirilməsi faktı bizi məmnun edir. Ümid edirəm ki, dünən Milli Məclisə keçirilən seçkilər regionda sülhə və sabitliyə töhfə verəcək, Azərbaycan xalqının və bütün Türk dünyasının rifahına xidmət edəcək”.
Report