TÜRKİYƏNİN VİTSE-PREZİDENTİ AZƏRBAYCANA SƏFƏR EDƏCƏK

0

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu ilin sentyabrında Azərbaycana səfər edəcək.

Bunu “Report”un Ankara bürosuna müsahibəsində Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım deyib.

“Cevdet Yılmaz Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədridir. Səfər zamanı iki ölkə arasındakı əlaqələrlə bağlı bir sıra məsələlər müzakirə olunacaq”, – o vurğulayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Azərbaycanla Türkiyənin münasibətlərini pozmaq istəyən qüvvələr az deyil” – MÜSAHİBƏ

“Azərbaycanla Türkiyənin yüksək səviyyəli əlaqələri təhsil, qeydiyyat və iş icazəsində də özünü büruzə verəcək” “Xüsusilə Avropada Türkiyə ilə Azərbaycanın birgə...

Bağla