Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ermənilərin basdırdığı minaların hələ də böyük təhlükə törətdiyini bildirib.
O, bu fikri dekabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən səsləndirib.
Türkiyənin vitse-prezidenti tarixi qələbə və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə bir daha təbriklərini çatdırıb, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin Türkiyədə böyük sevinclə qarşılandığını vurğulayıb. Bu xüsusda ermənilər tərəfindən basdırılmış minaların hələ də böyük təhlükə törətdiyi və yenidənqurma işlərinə mane olduğu bildirilib.