Türkiyənin yeni dizayn edilmiş ümumvətəndaş pasportunun orta səhifəsində Ayasofiya məscidinin şəkli olacaq.
Bu barəd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ötən gün keçirilən Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında məlumat verib:
“Yeni pasportumuzun səhifələri Topkapı sarayı ilə başlayıb Birinci Məclis ilə başa çatacaq və ortada da Ayasofiya məscidi olacaq. Avqust ayından etibarən də yerli və milli pasportların vətəndaşlara verilməsinə başlanacaq. Yeni pasportumuzun millət üçün xeyirli olmasını arzulayıram.” – deyə prezident Ərdoğan bildirib.