Türkiyədə “Baykar” tərəfindən yerli və milli imkanlarla hazırlanan Bayraktar AKINCI TİHA (Taarruzi İnsansız Hava Aracı – Hücumçu Rilotsuz Uçan Aparat) PUA-lçarın çıxdığı ən yüksək səviyyəyə çataraq rekord qırıb.
Bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmayıl Dəmir sosial şəbəkədəki səhifəsində paylaşım edib. İsmayıl Dəmir AKINCI TİHA-nın 38.039 fut hündürlüyə yüksəldiyini və bir sutkadan artıq havada qaldığını qeyd edib.
“AKINCI TİHA – Taarruzi İnsansız Hava Aracı yerli və milli uçan aparatın yüksələ biləcəyi hündürlüyə çıxaraq Türk aviasiya tarixinin yüksəklik rekordunu qırıb. 38.039 fut (11.594 metr) hündürlüyə yüksələn AKINCI, 25 saat 46 dəqiqə havada qaldı.” – deyə İsmayıl Dəmir paylaşımında qeyd edib.
#AKINCI TİHA-Taarruzi İnsansız Hava Aracı yerli ve milli bir hava aracıyla ulaşılan en yüksek irtifaya çıkarak Türk havacılık tarihinin irtifa rekorunu kırdı.
38.039 feet (11.594 metre) yüksekliğe çıkan AKINCI, 25 saat 46 dakika havada kaldı.
Tebrikler👏@Baykar_Savunma @Selcuk pic.twitter.com/hcc48vK6iO— Ismail Demir (@IsmailDemirSSB) July 8, 2021