Türkiyənin Azərbaycana təyin etdiyi yeni səfir Cahit Bağcı ölkəmizə yola düşüb. Bu barədə diplomat social şəbəkədəki şəxsi səhifəsində paylaşım edib.
“Yeni bir vəzifə üçün səfərdəyik. Allah görəcəyimiz hər işə doğruluqla başlamağı nəsib etsin, yolumuzu və işimizi xeyirli, bərəkətli, və asan etsin, gücümüzü artırsın və yardımçımız olsun.” – deyə Cahit Bağcı paylaşımında bildirib.
Qeyd edək ki, Cahit Bağcı, Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı əvəz edəcək.