Türkiyənin yeni səfiri: Azərbaycanla əməkdaşlığın hər sahədə inkişafına davam edəcəyik

0

“Bu şərəfli vəzifəmizi yerinə yetirəcəyimiz müddətdə Türkiyə ilə Azərbaycanın əməkdaşlığının, dostluğunun və müttəfiqliyinin hər bir sahədə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişafını davam etdirəcəyik”.

Bunu Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün “X” səhifəsində yazıb.

O, həmçinin yeni təyinatı münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və xarici işlər naziri Hakan Fidana təşəkkür edib.

Qeyd edək ki, B.Akgün yanvarın 11-də Azərbaycana yeni səfir təyin olunub. O, fevralda vəzifəsinin icrasına başlayacaq.

Bundan əvvəl diplomat Türkiyə Maarif Fondunun sədri olub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ KƏŞFİYYATI TƏHLÜKƏLİ TERRORÇUNU YAXALAYIB

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Hatay şəhər Polis İdarəsi 2013-cü ildə Hatayın Reyhanlı rayonunda 53 nəfərin həyatını itirdiyi terror...

Bağla