Vətən müharibəsində dünyasını dəyişən şəhidlərin övladları üçün Türkiyə “Uşaq Oyunları və İdman Klubları” Federasiyasının təşkilatçılığı ilə hədiyyə karvanı Türkiyədən yola çıxıb.
İslamveirfan.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağcı şəxsi tvitter səhifəsində paylaşım edib.
“Uşaq Oyunları və İdman Klubları Federasiyasının hədiyyə karvanı, Vətən müharibəsində şəhid olanların uşaqları üçün hazırlanan hədiyyələrlə Türkiyədən yola çıxıb. İyunun 1-də Azərbaycanın Tovuz rayonunda olacaqlar. Yolunuz açıq olsun. Gözləyirik.” – deyə səfir paylaşımında qeyd edib.
Çocuk Oyunları ve Spor Kulüpleri Federasyonu’nun Hediye Karavanı
Vatan Muharebesinde şehit olan ailelerin çocukları için hazırlanan hediyelerle Türkiye’den yola çıktı.👏
1 Haziranda Azerbaycan’ın Tovuz Reyonunda olacak. Yolunuz açık olsun. Bekliyoruz. 🇹🇷🤝🇦🇿 @GanirePashayeva pic.twitter.com/JaZQstZ0Or— Cahit Bağcı (@CahitBagci) May 26, 2021