TÜRKLƏR QARABAĞDAKI ABİDƏLƏRİN RESTAVRASİYASINDA İŞTİRAK EDƏCƏK

0

“Düşünürəm ki, qardaş Azərbaycan işğaldan azad etdiyi ərazilərdə real turizm potensialını yaxşı dəyərləndirəcək”.

Bunu “Report”un yerli bürosuna eksklüziv müsahibəsində Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi nazirliyin baş idarələri və qurumun nəzdində fəaliyyət göstərən TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) əməkdaşları bir neçə həftəyə mədəni-tarixi və arxeoloji yerlərin, abidələrin və xüsusi nöqtələrin restavrasiyası üçün Azərbaycanın işğaldan azad edilən ərazilərinə ezam olunacaq və azərbaycanlı mütəxəssislərlə birlikdə fəaliyyət göstərəcəklər.

“Son illərdə, Azərbaycanda turizm sahəsində inkişafı açıq-aydın şəkildə nəzərə çarpmaqdadır. Digər tərəfdən biz də, Azərbaycanın Qarabağdakı bu cür yüksək turizm potensialını ən əlverişli formada dəyərləndirməsi üçün hər zaman dəstək olacağıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏDƏ “QURANİ-KƏRİM TƏDQİQATI VƏ QİRAƏT ELMİ” İNSTUTU YARADILDI

Türkiyə Trabzon universitetinin tərkibində “Qurani-Kərim Tədqiqatları və Qiraət Elmi İnstutu” yaradılıb. Yerli mətbuatın xəbərinə görə, Türkiyə prezidentinin “Rəsmi” qəzetdə nəşr...

Bağla