“TÜRKÜN YOLU ORTA DƏHLİZDƏN, QARABAĞDAN, ZƏNGƏZURDAN KEÇƏR”

0

“Türkün yolu Orta dəhlizdən, Qarabağdan, Zəngəzurdan keçər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağın azadlığı Türk dünyası üçün strateji addım oldu: “Qarabağdakı qələbə nəticəsində türk dövlətlərinin özünəinamı bərpa olundu. Azərbaycanla imzaladığımız “Şuşa Bəyannaməsi” ilə əlaqələrimiz daha da möhkəmləndi”.

M.Çavuşoğlu bildirib ki, türk dövlətləri arasında əlaqə bundan sonra da inkişaf edəcək: “Artıq Şimali Kipr də bizə qoşulub”.

Nazir Türkiyənin Azərbaycanın yanında olmasından narahatlıq keçirənləri də tənqid edib: “Onlar bu yolla Ermənistanı, Qərbi sevindirməkmi istəyirlər?!”

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Fuat Oktay: “Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər bizi qürurlandırır”

“Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər bizi qürurlandırır”. “Report”un Ankara bürosunun məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycan Xalq...

Bağla