Türkyədə zəlzələ qurbanlarının sayında növbəti artım olub

0

Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində Yerli vaxtla saat 14.51-də baş vermiş 6.8 ballıq zəlzələ nəticəsində ölənlərin sayı çoxalıb.

İslamveirfan.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, bu gün səhərə olan məlumata görə zəlzələdə ölənlərin sayı artaraq 114, yaralıların sayı 1035 olub. Həmçinin yaralananlardan 898 nəfəri ambulator müalicə üçün evə buraxılıb, 137 yaralının müalicəsi isə xəstəxanada davam edir.

Zəlzələnin baş verməsindən indiyə qədər bölgədə 1713 avtoşok baş verib, onlardan 45-nin şiddəti 4 baldan yuxarı olub.

Hazırda uçan 17 binadan 15-də axtarış-xilasetmə işləri yekunlaşıb, 2 binanın dağıntılarında isə axtarış davam edir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezidentin köməkçisi: “Barışıq asan olmayacaq”

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The Telegraph”a müsahibə verib. Hikmət Hacıyev müsahibədə...

Bağla