İnsanlar həyatları boyunca “dərk etmək-hiss etmək-həyata keçirmək” çərçivəsi daxilində hərəkət edirlər. Enneaqramdakı mizac tipləri bu baxımdan üç kateqoriyaya bölünürlər.
- Dərk edən, hiss edən və həyata keçirənlər (5,6,7-ci tiplər)
- Hiss edən, həyata keçirən və dərk edənlər (2,3,4-cü tiplər)
- Həyata keçirən, dərk edən və hiss edənlər (1,9,8-ci tiplər)
“Dərk edən, hiss edən və həyata keçirənlər” ağıllarına gələn hər hansı bir düşüncəni ilk öncə təfəkkür edirlər, doğru-yanlış tərəflərini analiz edirlər sonra düşündüklərini hiss edirlər və nəhayət həyata keçirirlər.
“Hiss edən, həyata keçirən və dərk edənlər” hər hansı bir hadisəni, fikri, niyyəti yaxud düşüncəni öncə qəlbləriylə hiss edərək duyğularını işə salırlar sonra həyata keçirilər. Həyata keçirdikdən sonra bu hadisəni, niyyəti yaxud düşüncəni təfəkkür edərək analiz edirlər.
“Həyata keçirən, dərk edən və hiss edənlər” öz niyyətlərini yaxud düşüncələrini dərhal tətbiq edirlər. Həyata keçirdikdən sonra bu niyyətlərini yaxud hərəkətlərini düşünməyə, arxasınca isə hiss etməyə çalışırlar.
İlk baxışda birinci kateqoriya daha avantajlı görünə bilər, amma hər bir grupun öz üstünlüyü və əksikliyi var. Məsələn, “dərk edən, hiss edən və həyata keçirənlər” bir məsələni həyata keçirmək üçün iki mərhələdən keçməlidirlər. Bu iki mərhələni keçmək əksər hallarda uzun vaxt tələb etdiyinə görə onlar önlərinə çıxan bəzi fürsətləri qaçıra bilərlər. “Həyata keçirən, dərk edən və hiss edənlər” isə bir düşüncəni yaxud niyyəti əksər hallarda tələm-tələsik həyata keçirdiklərindən ötrü onu fikirləşməyə və hiss etməyə vaxt ayıra bilmirlər.
Rəbbimiz bizə ürək, beyin və bədən instinkti kimi bir çox maddi və mənəvi orqanlar bəxş edib. Psixologiya mexanizminin bu üç çarxını doğru istiqamətdə və yerində istifadə etməliyik. Bu üç çarxın doğru işləyişi üçün aşağıdakı xüsusa diqqət etməliyik.
Bəzi niyyətlər və düşüncələr qəlblə əlaqəli, bəziləri dərrakəylə bəziləri isə bədən instinkti ilə əlaqəli olduğuna görə hər birisini doğru çarxda və yerində həll eləmək lazımdır. Yəni, niyyət və düşüncələrimizi duyğu-dərrakə-bədən instinkti “dəyirmanına” tökərkən seçəcəyimiz kapı və üsul doğru olmalıdır ki, çıxan “məhsul” keyfiyyətli olsun.
Rəşad Manafov