ÜÇ ÖLKƏ İSLAMOFOBİYA İLƏ MÜBARİZƏ ÜÇÜN TELEKANAL AÇACAQ

0

Türkiyə, Pakistan və Malaziya mətbuat sahəsində əməkdaşlığı gücləndirmək və islamofobiyanın meydana gətirdiyi çətinliklərlə mübarizə aparmaq üçün ortaq telekanal açacaq.

Bu barədə məlumatı Pakistanın informasiya və rabitə naziri Çaudri Favad Hüseyni verib.

Nazir, Pakistanın paytaxtı İslamabadda mətbuat nümayəndələrinə verdiyi açıqlamada bildirib ki, Pakistan, Malaziya və digər müsəlman ölkələrdə radikallıqla mübarizə etmək vacibdir.

Bu çərçivədə Türkiyə, Malaziya və Pakistanın ortaq televiziya kanalı təsis edəcəyini deyən Hüseyni, bu barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, Pakistanın baş naziri İmran Xan, 2019-cu ilin sentyabr ayında verdiyi bəyanatda, islamofobiyailə mübarizə etmək və İslam barədə səhv məlumatların qarşısını almaq ümün üçölkənin birlikdə ingilis dilində kanal açacağını demişdi.

Anadolu agentliyi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALMANİYADA DA XRİSTİANLARIN SAYI SÜRƏTLƏ AZALIR

Almaniyada keçirilən bir rəy sorğusu nəticəsində məlum olub ki, ölkədə xristianlıq dininin mənsubları sürətlə azalır. “Allensbach” institunun araşdırmalarına görə, xristianların...

Bağla