Əgər siz bir işə başlayıb yarımçıq qoyursuzsa, gördüyünüz bir işi bu iş mənlik deyib geri çəkilirsinizsə və özünüzü bir yerə aid edə bilməyib özünüzü boşluqda hiss edirsinizsə bu videonu mütləq izləyin.
Uğur qazanmaq üçün atılan ilk addım uğur formulumuzdakı ilk “N”-ni təmsil edən “NƏYİ?” etdiyimizi bilməkdir. Konkret “NƏ” edəcəyini bilməyən insanlar davamlı olaraq fərqli istiqamətlərə yönəldikləri üçün əsas hədəfdən yayınır və çox vaxt uğursuzluqlarından şikayətlənirlər. Nəyi edəcəyini bildiyin zaman isə istər psixoloji, istərsə də fizyoloji olaraq bədən həmin istiqamətdə uğur qazanmaq üçün özünü hazırlayır.
Bədənimizin iş funksiyası ondan ibarıtdir ki, siz sabah heç bir maneəyə məhəl qoymadan sizin üçün önəmli olan bir işi görəcəyinizi beyninizdə konkretləşdirmisinizsə müəyyən etdiyiniz həmin vaxtda beyniniz bütün bədəni görüləcək iş üçün hazır vəziyyətə gətirəcək.
Yox, əgər görüləcək iş havanın isti və soyuqluğuna, yuxudan tez və ya gec oyanmağınıza, sizin əhvalınızın olub-olmamasına bağlı proqramlaşırsa beyniniz istənilən halda sizin üçün bir bəhanə ortaya qoyacaq. Bir dəfə bəhanələrə öyrəşən bədənin isə bir daha növbəti bir iş üçün özünü toparlaması çox çətin olur. Günlər öz yerini həftələrə, həftələr aylara, aylar isə illərə verir.
Uğur formulumuzdakı ikinci “N” isə bizə görəcəyimiz işi “NƏ ÜÇÜN?” edəcəyimizi bildirir. Yəni, “görəcəyin işi nə üçün etdiyini və məqsədini bilmirsənsə hədəfi bəlli olmayan ox kimi əsas hədəfdən başqa istənilən yerə istiqamətlənə bilərsən”. Əgər siz müəllim olmaq istəyirsinizsə Nəyi? sualından sonra Nə üçün? sualını özünüzə ünvanlayıb ona cavab tapmağınız lazımdır. Əks təqdirdə dünyanın ən yaxşı müəllimi olsanız da gördüyünüz işin bəhrəsini və işinizin sizə yaşadacağı xoşbəxtliyi hiss etməycəksiniz. Bu bir az da çox bahalı bir qələmə sahib olub, onunla yazacaq cümlə tapa bilməyən bir adamın vəziyyətinə bənzəyir. Unutmamamq lazımdır ki, “sahib olduqları ilə bir şey edə bilməyənlər, deməli heç bir şeyə sahib deyil”.
Bir də ən əsası görəcəyiniz işi necə edəcəyiniz çox əhəmiyyətlidir. Deyək ki, siz “NƏYİ?” edəcəyinizi və “NƏ ÜÇÜN?” edəcəyinizi artıq qərarlaşdırmısız. Bundan sonra sizin qarşınızda duran əsas məsələ görəcəyiniz işi NECƏ? etməyinizi müəyyənləşdirməyinizdir. Gedəcəyiniz bir ünvana hansı yoldan və hansı vasitələrlə gedəcəyinizi bilirsinizsə, deməli siz həmin ünvana gedənə qədər boş yerə həm çox vaxt, həm də həddindən artıq enerji sərf edəcəksiniz. Bəlkə də nəticədə gedəcəyiniz ünvana heç gedib çata bilməyəcəksiniz. Ona görə də görəcəyiniz iş üçün ən asan və unikal metodları öyrənib o işə başlamağınız sizi uğura daha tez çatdıracaq. Əks təqdirdə illər keçməsinə və enerjinizin tükənməsinə baxmayaraq heç bir irəliləyiş əldə etməyəcəksiniz. Nəticə olaraq həyatınızda yeni bir səhifə açmaq istəyirsinizsə NƏYİ? NƏ ÜÇÜN? NECƏ? edəcəyinizə diqqət edin. Yeni çıxacağınız yolda bu üç sualı həqiqi mənada cavablandıra bilirsinizsə, o zaman siz uğura çox yaxınsınız. UĞURLAR!
Dr. Eldar Kərimov