Ukrayna Müsəlmanları Dini İdarəsinin (Umma) müftisi Səid İsmayılov, Rusiya hərbçiləri ilə döyüşmək üçün Ukraynanın müdafiə dəstələrinə qoşulub.
Müfti hərbçilərlə çəkdirdiyi fotoşəkli, “Sülh dövründə bildiyiniz bu vətənpərvər insanlar, müharibə vaxtı bir anda qardaş olurlar” – qeydi ilə sosial şəbəkədəki səhifəsində paylaşıb.
Tatar əslli müfti özlərini, “Terrora qarşı müdafiə qüvvətləri” – kimi təqdim edib.
Xatırladaq ki, Səid İsmayılov daha əvvəl müsəlmanları Ukrayna ordusuna və dövlətinə dəstək verməyə səsləmişdi.